16 yaşlı gənc yol qəzasında xəsarət aldı

16 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, rayon ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Qulamova Tamella Aydın qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə