Nazirin noutbuku oğurlandı

İngiltərə Dəmir Yolu naziri Huw Merrimanın noutbuku oğurlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, böyük məxfi materiallardan ibarət noutbuk nazirin paytaxt Londonda bir barda oturarkən oğurlandığı ortaya çıxıb. Oğurluğun qatar sürücülərinin İngiltərədə böyük fasilələrə səbəb olan ən son kütləvi işdən çıxma hərəkətlərinə başladığı həftədə baş verdiyi, mənbələrin isə kompüterdə son etiraz tətilləri ilə əlaqədar danışıqlarla bağlı həssas məlumatların olduğu bildirildi. Oğurluq faktı ilə bağlı polisə məlumat verildikdə məlumatın uzaqdan silindiyi, indiyədək isə hadisə ilə bağlı saxlanılanların olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə