Rusiya Federasiysının Xantı-Mansiysk Muxtar Dairəsinin - Uqra məhkəməsi yerli sakin 36 yaşlı Kirill Suslovu dövlətə xəyanətdə ittiham edərək 12,6 il müddətinə azadlıqdan məhrum edib.
SİA bu barədə rus saytlarına istinad edir.
Suslovun materialları məxfi olduğundan onun işinə bağlı qapılar arxasında baxılıb.
Qeyd edək ki, Suslov 2021-ci ilin dekabrında Moskvanın Lefortovo Məhkəməsi tərəfindən həbs edilib. Onun əvvəllər də bir sıra başqa cinayətlərə görə məsuliyyətə cəlb edildiyi deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB