Müştəri kafedə bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Məmmədov Məhərrəm Oruc oğlu “Ziyad” kafesində tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə