Ulyanovskda məhkəmə qardaşını bıçaqlayan 40 yaşlı yerli sakini 8 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma”) ilə təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Rus saytlarının məlumatına görə, 2022-ci il iyulun 28-də Qonçarova küçəsində yerləşən yaşayış binalarından birində kişi qardaşına bir neçə bıçaq zərbəsi vuraraq ölümcül xəsarətlər yetirib.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Sverdlovsk vilayətində məhkumun anasının müdafiəsinə qalxaraq əkiz qardaşını döyərək öldürdüyü məlum olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB