Belarusda “MAZ” markalı yük maşını ilə hərəkət edən mikroavtobusun toqquşması 11 nəfərin ölümü ilə nəticələnib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
“R-69 avtomobil yolunun 9-cu km-də (Smoleviçi – Şatsk) “MAZ” markalı yük maşını stasionar hərəkət edən mikroavtobus ilə üzbəüz toqquşub. 11 nəfər, o cümlədən uşaq ölüb, 6 nəfərə tibbi yardım göstərilmək üçün xəstəxanaya yerləşdirilib”.
İdarənin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə daxili işlər naziri İvan Kubrakov şəxsən gedib.
Belarus Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda polis əməkdaşları yol hərəkəti iştirakçılarına köməklik göstərir və yol-nəqliyyat hadisəsi baş vermiş ərazidən dolama yolun keçməsini təmin edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB