Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB