Fevralın 18- də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB