Nərimanov rayonunda zəncirvari qəza olub - xəsarət alan var

Nərimanov rayonunda zəncirvari qəza olub - xəsarət alan var

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, qəza Əliyar Əliyev küçəsində qeydə alınıb.

Hadisə "Hyundai", iki “Toyota”, “Tofaş” və “Chevrolet” markalı avtomobillərin iştirakı ilə baş verib. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində Davudova Səbiqə Rasim qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə