Suriyalı qaçqınların ölkələrinə qayıtmasına icazə verilib

Suriyalı qaçqınların ölkələrinə qayıtmasına icazə verilib

Ankaranın zəlzələdən zərər çəkmiş suriyalı qaçqınlarının Türkiyədəki qoruma statusunu itirmədən müvəqqəti olaraq ölkələrinə qayıtmasına icazə verilməsindən sonra iki ölkə arasında Cilvegözü Sərhəd Qapısında uzun növbələr yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qərarın açıqlanmasının ertəsi günü təxminən 1795 suriyalının Türkiyədən bu ölkəyə keçdiyi bildirilib. Qərar zəlzələdən zərər çəkmiş bölgələrdə yaşayanların səyahət icazəsi almadan Suriyaya keçməsinə imkanı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə