Uşaqları korlayan Peterburqlu müəllimə17,5 il həbs cəzası verildi
Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi biologiya müəllimi Viktor Lastoçkini şagirdlərinə qarşı etdiyi nalayiq hərəkətlərinə görə 17,5 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lastochkin ötən ilin dekabrında həbs edilib. Cinayət-axtarış şöbəsinin əməkdaşları həmin şəxsin 13 yaşlı iki oğlana qarşı nalayiq hərəkətlər etdiyini müəyyən ediblər. Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi bu məlumatı təsdiqləyib və müəllimə qarşı ittiham irəli sürülüb.
Müstəntiqlər həmçinin qeyd ediblər ki, onlar həmin şəxsin əvvəllər törətdiyi oxşar cinayətlər barədə məlumatları yoxlayırlar. Onun 2008-ci ildə 135-ci (“Nalayiq hərəkətlər”) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və 2 il şərti həbs cəzası alması şəhər mətbuatında yayılıb.
Qeyd edək ki, təqsirləndirilən müəllim 2018-ci ildə son iş yerində işə düzəlib, cinayət tərkibinin olmaması ilə bağlı polisdən arayışın əslini məktəb rəhbərliyinə təqdim edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB