Xocalı rayonunun Çanaqcı kəndində yol qəzası olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, rayon polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalar aparıb.
Məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi "Mersedec" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB