Murov aşırımında avtomobil qəzası baş verib

Murov aşırımında avtomobil qəzası baş verib

Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, yük maşını idarəetməni itirərək aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə