Saatlı rayonunda ev yanıb

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Bəylər kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə