Gəncədə polisin bıçaqlanması...yalan çıxdı

Gəncədə polisin bıçaqlanması...yalan çıxdı

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Məlumatda hər hansı xəbəri yaymazdan əvvəl dəqiqləşdirmə aparılması xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə