Bu gün, fevralın 14-də Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndindən keçən hissəsində qeydə alınıb. 27 BX 911 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Babayev Ağa Ağabala oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Fakt bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB