Bakı-Qazax yolundakı qəzada 1 nəfər ölüb - DYP

Bakı-Qazax yolundakı qəzada 1 nəfər ölüb - DYP

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolundakı qəza ilə bağlı mlumat yayıb.

İdarədən SİA-ya verilən məlumata görə, bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə