Sabunçu və Ramana qəsəbələrində narkotacirlər saxlanılıb - FOTOLAR
Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən Balaxanı Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov Eldəniz Qəhrəmanov və Ramiz Təməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadəqları evlərdən ümumilikdə 5 kq yaxın heroin aşkar edilib. Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkələrin vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narko kuryerlik təklifi ilə razılaşdıqları müəyyən edilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq silah sursat gəzdirən şəxs saxlanılıb. Polisə Zahid Mehtiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zaman ərzində tutulub. Onun üzərinə baxış zamanı bir ədəd kalaşnikov markalı avtomat 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev saxlanılıb. Bu şəxlərin mənzillərdən təmir tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. Faktlarla bağlı 12-ci polis şöbəsində toplanmış materiallar adiyyatı üzrə Sabunçu rayon polis idarəsinin istintan şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə