Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə DYP binasının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil, yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub.
Piyada xəstəxəxanaya aparılsa da onun öldüyü məlum olub.
Məlumata görə, həmin şəxs müəllimə olub.
Piyadanı vuran avtomobilin hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB