Siyəzəndə qəzada ölənlərin 3-ü məktəbli olub

Siyəzəndə qəzada ölənlərin 3-ü məktəbli olub

Bu gün Siyəzən rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişən 3 nəfərin orta məktəb şagirdləri olduğu məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri - 2006- cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, Abasov Nihat Babək oğlu və 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə