Ağdaşda ağır yol qəzası baş verib - xəsarət alan var

Ağdaşda ağır yol qəzası baş verib - xəsarət alan var

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Hacılı kənd yolunda baş verib.

“KamAZ” markalı yük avtomobili VAZ-21010 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 1971 təvəllüdlü Abdullayev Eldəniz Əlibala oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə