Bakıda qətl intihar kimi təqdim edilib

Bakıda qətl intihar kimi təqdim edilib

Bakıda qətl törədilib, hadisəni törətməkdə şübhəli billinən şəxs bunu hüquq-mühafizə orqanlarına intihar kimi təqdim edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Xətai rayonunda evlərdən birində 1977-ci il təvəllüdlü Solmaz Mansurova 15 yaşlı oğlu tərəfindən qətlə yetirilib.

Daha sonra yeniyetmə hüquq-mühafizə orqanlarına zəng vuraraq anasının intihar etdiyini bildirib. Polis əməkdaşları hadisə yerinə yollanıb.

Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə