Bakının Xətai rayonunda yol qəzası baş verib. SİA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
“Ford” markalı yük maşının sürücüsü asfalt qatının buz bağlamasına götə sükana nəzarəti itirib. Nəticədə yük maşını geriyə çevrilib. Bundan sonra eyni istiqamətdə olan “Toyota” markalı avtomobil “Ford” a çırpılıb. Digər beş maşın zəncirvari olaraq bir birinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Yol Patrul Xidmətinin əməkdaşları növbəti qəza olmasın deyə tədbir görüb. Onlar sürücülərə paytaxt ərazisində xüsusilə körpü üzərində ehtiyatlı olmaq tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB