Tovuzda zəncirvari yol qəzası baş verib

Tovuzda zəncirvari yol qəzası baş verib

Tovuz şəhər Həzi Aslanov küçəsində, avtomobil keçidində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, "Toyota", "VAZ 2106" və "VAZ 2109" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə