Türkiyədə 24 saatlıq gözləmə müddətindən sonra məhkəmə və inzibati icazə ilə dini öhdəliklərə uyğun dəfn edilmək üçün şəxsiyyəti müəyyən edilə bilməyən cəsədlərin DNT, barmaq izi nümunəsi və fotoşəkilinin götürülməsinə qərar verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sağ qalaraq təxliyə edilən vətəndaşlar vilayətlərdəki AFAD-ın koordinasiyası ilə müəyyən edilən yaşayış yerləri və qonaq evlərinə yerləşdiriləcək. Evakuasiya tələbləri əyalətlərin sığınacaq tutumuna görə planlaşdırılır.
Fəlakət bölgəsini öz nəqliyyat vasitələri ilə tərk etmək istəyən vətəndaşlar çıxmazdan əvvəl yerlərindəki jandarma təxliyyə məntəqələrinə məlumat verməli, gedəcəkləri əyalətlərdəki sığınacaq məntəqələrinə yönləndiriləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB