Uşaq evində böyüyən şagird itkin düşüb

Uşaq evində böyüyən şagird itkin düşüb

Bakıda uşaq evində böyüyən 4-cü sinif şagirdi itkin düşüb.

SİA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Nizami rayonundakı 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü Rzayev Mikayıl Samir oğlu fevralın 6-da təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.

Fakta görə Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə