Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobil toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Nuriyeva Məhluqə Hüseynalı qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB