Minlərlə könüllülər İstanbul hava limanına axın edib fotolar

İstanbuldan zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə könüllü yardim məqsədilə İstanbul hava limanına axın edib. Fəlakət bölgəsinə getmək üçün az qala bir-biri ilə yarışan könüllülər terminalda uzun növbələr yaradıblar. İstanbul valisi Əli Yerlikaya indiyədək İstanbuldan zəlzələ bölgəsinə 12 min 752 personal və AFAD könüllüsünün göndərildiyini açıqlayıb.

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra İstanbul başda olmaqla müxtəlif şəhərlərdən axtarış-xilasetmə qrupları ilə yanaşı, AFAD könüllüləri də zəlzələ bölgəsinə hərəkət edib. İstanbul valisi Əli Yerlikaya saat 00.30-a qədər İstanbuldan 6 min 718 personal və AFAD könüllülərinin 41 təyyarə ilə bölgəyə göndərildiyini açıqlayıb.

Eyni zamanda, İstanbul Hava Limanında gözləyən minlərlə könüllü Adana, Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adıyaman və Diyarbəkirə getmək üçün bir-biri ilə yarışıb. Könüllülər uzun növbələr yaradıblar. Zaman-zaman hava limanında yaşanan izdihama qruplar müdaxilə etdi.

Peşəkar komandalara və səhiyyə işçilərinə üstünlük verildi. Zəlzələ bölgəsinə yardım könüllülərinin göndərilməsi THY-nin təyyarələri ilə fasiləsiz olaraq davam edir. Digər tərəfdən, Albaniyadan İstanbul Hava Limanına gələn əsgərlərin də olduğu 50 nəfərlik axtarış-xilasetmə qrupu THY-nin təyyarəsi ilə Adanaya köçürülüb. “Dağılan binaların əksəriyyəti 1998-ci ildən əvvəl tikilib”. Mütəxəssis xəbərdarlıq edir: Zəlzələ post-travmatik stress pozğunluğuna səbəb ola bilər. Yaponiya axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə