Ötən il itkin düşmüş şəxsin meyiti tapılıb FOTO

Yevlaxda ötən il itkin düşmüş şəxsin meyiti tapılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Belə ki, ötən il rayon sakini 1983-cü il təvəllüdlü Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə