Göyçayda avtomobil velosipedçini vurub.

SİA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili yolu keçən velosipedçini, Göyçay şəhər sakini Natiq İbrahimovu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Velosipedçinin sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hazırda polis əməkdaşları qəzanın baş verdiyi ərazidə müvafiq müayinələr aparır, hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə