Türkiyədə sərnişin avtobusu aşıb: 30 nəfər xəsarət alıb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buz bağlaması səbəbindən idarəetməni itirərək dərəyə aşıb. Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə