Bakıda mağazaları qarət edən qadın yaxalandı

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşadırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə