Gənc oğlanı avtomobil vurub - xəsarət alan var

Gənc oğlanı avtomobil vurub - xəsarət alan var

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, parkın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1991-ci il təvəllüdlü Yusifzadə Tahir Mahir oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə