Axtarışda olan 247 nəfəri saxlanılıb- DSX

Dövlət Sərhəd Xidməti əməkdaşlarının ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 247 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Xərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, ay ərzində ölkədən çıxışı qadağan olan 234 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 16 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə