FHN mebel salonunda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİR

Fövqəladə Hallar Nazirliyi Göygöldəki mebel salonunda baş verən yanğınla bağlı məlumat yayıb. SİA xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında yanğın olması barədə ilkin məlumat daxil olub.

"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə