Lənkəranda bir gündə müxtəlif ünvanlarda iki kişi meyiti tapılıb

Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, meyit axşam saatlarında rayonunun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.

Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçirən zaman meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğunu müəyyən edib.

Qeyd edək ki, ölən şəxs bir neçə ildir ki, tək yaşayıb.

Hazırda ölümün səbəbi araşdırılır.

Xatırladaq ki, analoji hadisə bu gün Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında da qeydə alınıb.

1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzovun meyiti yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə