3 uşaq anasını diri-diri yandırıblar

Braziliyada barda baş verən insidentdə sərxoş qadın faciəvi şəkildə ölüb. Hadisəni araşdıran orqanlar vəziyyəti intihar kimi qiymətləndirsələr də, həqiqət üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, üç uşaq anası əvvəlcə barda bir qadınla mübahisə edib. İkili arasında dava olsa da, hadisə qısa müddətdə bitib. Lakin digər qadın onun üzərinə çox tez alışan gel töküb. Bundan sonra dəhşətli anlar yaşanıb. Təcavüzkar qadının üzərinə gel tökdükdən sonra qəfil alışqanı yandırıb və qadın yanmağa başlayıb. Bədəninin 80 faizi yanan gənc qadın 6 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə