Dünən günorta namazı vaxtı Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məscidə intihar edən şəxsin hücumu nəticəsində ən azı 59 nəfərin öldüyü, 157-dən çox insanın yaralandığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, partlayış polis qüvvələrinə məxsus bir neçə binanın yaxınlığında yerləşən məsciddə baş verib. Səlahiyyətlilər partlayışın məsciddə namaz qılan camaat arasına girən şəxsin partlaması nəticəsində baş verdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə