Yanğın 3 uşağın həyatına son qoyub

Yanğın 3 uşağın həyatına son qoyub

Kubanın Kurqaninski rayonunun Oktyabrsk kəndində çoxuşaqlı ailənin fərdi evində baş verən yanğın 3 uşağın həyatına son qoyub. Ana və daha iki uşaq isə xəstəxanadadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, vilayətin Oktyabrski kəndində yanğınla bağlı siqnal bu gün səhər Moskva vaxtı ilə saat 06.34-də daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər evdə əşyaların yandığını, yanğının sahəsini isə 40 kv.m olduğunu müəyyən ediblər.

Yanğın Moskva vaxtı ilə saat 07.50-də tamamilə söndürülüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə