23 yaşlı oğlan dəm qazından boğularaq ölüb

Şəmkir sakini dəm qazından boğularaq ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib. Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə