Naxçıvanda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Naxçıvanda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Şərur rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, istintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə