Saatlıda sərxoş sürücü iki nəfəri avtomobillə vurub.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 22-də saat 15:000 radələrində Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində şəhər sakini S.Babayev sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə M.Qənbərovu və M.Xankişiyevi vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, M.Xankişiyev isə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB