Şərur və Kəngərlidə qadağan edilmiş tütün məmulatları aşkarlanıb
Naxçıvanın Şərur və Kəngərli rayonlarında satışı qadağan edilən tütün məmulatları aşkarlanıb.
Naxçıvan bürosunun verdiyi məlumata görə, Şərur Rayon Polis İdarəsinin əməkdaşları Yengicə kəndində və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları isə Qıvraq qəsəbəsində pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ümumilikdə 700 qutudan çox aksiz markasız, satışı qadağan edilmiş tütün məmulatlarını aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB