4 nəfərin öldüyü qəza baş verib

4 nəfərin öldüyü qəza baş verib

Türkiyənin Şanlıurfa-Qaziantep yolunda dünən axşam saatlarında qəza baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, avtomobil evakuatorla toqquşub. Qəzada avtomobil sürücüsü və onunla birlikdə maşında olan digər 3 nəfər həyatını itirib.
Qəzanı görənlərin xəbər verməsi üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Yanğınsöndürmə qrupları həyatını itirən 4 nəfərin cəsədini avtomobildən çıxararaq yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparıb. Evakuator sürücüsünün saxlanıldığı qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə