Avtomobildə 3 nəfər ölü tapılıb

Avtomobildə 3 nəfər ölü tapılıb

Türkiyənin Ankara şəhərində avtomobilin içərisində 3 nəfər hərəkətsiz vəziyyətdə aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əraziyə gələn səhiyyə işçiləri tərəfindən edilən nəzarətdə 3 nəfərin də öldüyü təyin olunub. İlkin müayinədə 3 nəfərin meyitində döyülmə izləri və ya kəsici-deşici alətlər aşkar edilməyib.

Avtomobilin içərisində sıx egzoz qoxusu və çoxlu spirt şüşələri təsbit edilib. Hadisə yerində aparılan araşdırmalardan sonra cansız cəsədlər Ankara Ədliyyə Tibb Təşkilatına aparılıb. 3 nəfərin ölümünün dəqiq səbəbi yarılma nəticəsində müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə