Ağcabədidə avtomobil su kanalına aşıb

Ağcabədidə avtomobil su kanalına aşıb

Ağcabədi rayonunda 1991-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlunun idarə etdiyi avtomobil su kanalına aşıb.

SİA-nın məlumatına görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə