Göygöldəki qəzada az yaşlı qız ölüb

Göygöldəki qəzada az yaşlı qız ölüb

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yanvarın 18-də saat 19:00 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Salmanovun idarə etdiyi “Opel” və Şəmkir rayon sakini A.Tağıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə B.Salmanovun 8 yaşlı qızı Ləman hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə