Tovuz sakini Təhsil İdarəsində qəbul zamanı vəfat edib

Tovuz sakini Təhsil İdarəsində qəbul zamanı vəfat edib

18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsindən xəbər verilib.

Qeyd edilib ki, Elçin Abdıyev uzun illər Tovuz təhsilinə xidmət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə