Astara sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı bu ilin əvvəlindən keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB