Qazaxda mikroavtobus minik maşını ilə toqquşub

xəsarət alanlar var
Qazaxda mikroavtobus minik maşını ilə toqquşub

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Hərəkətdə olan kiçiktutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə